...

Kolumbiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2013 11:36 (UTC +04:00)
Kolumbiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir.
Kolumbiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S. Əhmədova/

Kolumbiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə Kolumbiyanın xarici işlər naziri Mariya Angela Bakıda səfərdə olarkən jurnalistlərə açıqlamasında bildirib: "Biz ümid edirik ki, Azərbaycan tezliklə öz ərazi bütövlüyünün bərpasına nail olacaq".

Qeyd edək ki, xanım Mariya Angela bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib.

Azərbaycana səfərinin məqsədləri barədə danışarkən Kolumbiya rəsmisi bildirib ki, səfərin məqsədi iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsini, hansı sahələrdə əməkdaşlığın mümkünlüyünü, neft və mədən sahəsində Kolumbiyaya investorların cəlb olunması və digər məsələləri müzakirə etməkdir: "Bu gün keçiriləcək görüşlər də bu məsələlər müzakirə olunacaq".

Angela qeyd edib ki, Kolumbiya Azərbaycana daha yaxın olmaq istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti