...

Erməni silahlıları mövqelərimizi atəşə tutublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2013 09:51 (UTC +04:00)
Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutublar.
Erməni silahlıları mövqelərimizi atəşə tutublar

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti