...

Minsk qrupu: Azərbaycan və Ermənistan XİN rəhbərləri gərginliyin azaldılması üzrə səylərə sadiq qaldıqlarını təsdiq ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2013 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik cümə günü Vyanada Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə görüşüblər.

Trend-in məlumatına görə, ATƏT-in şənbə günü yaydığı məlumatda deyilir ki, görüşdə nazirlər münaqişə tərəfləri arasında gərginliyin azaldılması üzrə səylərə və cari ildə yüksək səviyyədə görüş üçün şəraitin yaradılmasına sadiq qaldıqlarını təsdiq ediblər.

Bundan başqa, tərəflər yaxın aylarda gələcək danışıqların planını müzakirə ediblər.

İyulun 13-də Vyanada həmsədrlər ATƏT-in Minsk qrupunun səfirlərini görüşün yekunu üzrə məlumatlandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti