...

Bir qrup azərbaycanlı "Facebook"da Aureliya Qriqoriuya dəstək səhifəsi açıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2013 13:45 (UTC +04:00)
Bir qrup azərbaycanlı "Facebook" sosial şəbəkəsində "Aureliya Qriqoriuya dəstək" səhifəsi açıb.
Bir qrup azərbaycanlı "Facebook"da Aureliya Qriqoriuya dəstək səhifəsi açıb

Azərbaycan, Bakı, 23 iyul/Trend, müxbir M. Əliyev

Bir qrup azərbaycanlı "Facebook" sosial şəbəkəsində "Aureliya Qriqoriuya dəstək" səhifəsi açıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı səhifənin təşəbbüskarları tərəfindən moldovalı ombudsman Aureliya Qriqoriuya göndərilən məlumatda deyilir.

Məlumatda qeyd edilir: "Yerevanda qətiyyətli çıxışınız həqiqət və ədalət uğrunda mübarizə, haqq və insanlığın zorakılıq və terror üzərində qələbəsidir. Həqiqətən də cəsarətli vətəndaşlıq addımınıza görə Sizə böyük təşəkkür edirik. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında baş verən həqiqətləri dediyinizə görə minnətdarlığımızı bildiririk. Siz bu barədə həqiqəti cəsarətlə danışırdınız, üstəlik Ermənistan parlamentində. Biz Sizin həqiqətə qarşı ədalətli münasibətinizi və prinsipiallığınızı yüksək qiymətləndiririk".

Qeyd edək ki, Qriqoriu Ermənistan parlamentində bəyan etmişdi ki, Xocalı soyqırımını ermənilər törədib və bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış faktdır.

Ermənistan parlamentində çıxışından sonra moldovalı ombudsman Aureliya Qriqoriunu Ermənistandan buraxmırdılar və ölümlə təhdid edərək təcrid vəziyyətində saxlayırdılar. Ermənistan hökuməti Qriqoriunu azad etmək əvəzinə, ondan rəsmi üzr istəməsini tələb edirdi.

Moldovalı ombudsman üzr istəmədən Yerevanda akkreditə olunmuş diplomatik missiyaların köməyilə Ermənistanı tərk edə bilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti