...

Almaniyalı deputat: Ermənistan hərbi birləşmələri Azərbaycan torpaqlarından çıxmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2013 13:07 (UTC +04:00)
Almaniya Parlamentinin (Bundestaq) deputatı Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxmasının vacib olduğunu bəyan edib.
Almaniyalı deputat: Ermənistan hərbi birləşmələri Azərbaycan torpaqlarından çıxmalıdır

Azərbaycan, Bakı, 26 iyul/Trend, müxbir S.Əhmədova /

Almaniya Parlamentinin (Bundestaq) deputatı Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxmasının vacib olduğunu bəyan edib.

Trend-in məlumatına görə, bu barədə Bundestaqın Xarici Məsələlər üzrə Komitəsinin və Xristian Demokrat İttifaqı / Xristian Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü, millət vəkili Piter Qauvayler Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavablandırarkən bildirib. ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi məlum qətnamələr şübhə üçün heç bir əsas doğurmur: "Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Onun işğalı beynəlxalq hüququn pozulmasıdır. Odur ki, Ermənistan qoşunları işğal altındakı ərazilərdən çıxmalıdır. Münaqişənin həllinə nail olmağın yeganə yolu budur".

Onun sözlərinə görə, bu prinsip Almaniya üçün müzakirə mövzusu deyil: "Məcburi köçkünlərə öz torpaqlarına təhlükəsiz qayıtmaq üçün imkan verilməlidir. Odur ki, Ermənistan qoşunları işğal etdikləri ərazilərdən dərhal çəkilməlidir".

Deputat qeyd edib ki, Almaniya və Azərbaycan yaxın tərəfdaşdır:

"Münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdləri bizim ikitərəfli münasibətlərimizə təsir edir. Azərbaycan Almaniya enerji təchizatı üçün cəlbedici ticarət partnyoru olaraq mühüm tərəfdaşdır. Münaqişəyə cəlb olunmuş tərəflərin danışıqlar masasına yenidən oturması ən ümdə məsələdir. Bu baxımdan, məsələnin çoxtərəfli müstəvidə müzakirəsi ən vacib məqamlardan biridir. Almaniya var qüvvəsi ilə sülh prosesini dəstəkləyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti