...

Bəyannamə: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avrasiya məkanında sülhün təminatında əhəmiyyətli irəliləyiş olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Avqust 2013 16:08 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avrasiya məkanında sülhün, sabitliyin və çiçəklənmənin təminatında əhəmiyyətli irəliləyiş olacaq.
Bəyannamə: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avrasiya məkanında sülhün təminatında əhəmiyyətli irəliləyiş olacaq

Azərbaycan, Qəbələ, 16 avqust /Trend, müxbir A.Bədəlova/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avrasiya məkanında sülhün, sabitliyin və çiçəklənmənin təminatında əhəmiyyətli irəliləyiş olacaq. Trend-in məlumatına görə, bu barədə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının yekunlarına dair qəbul olunan bəyannamədə bildirilir.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev iştirak ediblər.

Birgə bəyanatda tərəflər regional əməkdaşlıq və davamlı sabitlik üçün əsas maneələrdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında dinc yolla nizamlanmasına verdikləri önəmi vurğulayıblar.

Öz bəyanatlarında onlar müstəqillik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, o cümlədən dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə müvafiq olaraq türkdilli dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinə istiqamətləndiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti