...

Mövqelərimiz Ermənistan ərazisindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Sentyabr 2013 09:59 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ərazisindən atəşə tutulub.
Mövqelərimiz Ermənistan ərazisindən atəşə tutulub

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ərazisindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıloba və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti