...

Səfirlik: "Versace"nin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2013 14:39 (UTC +04:00)
"Versace" şirkətinin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb.
Səfirlik: "Versace"nin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

"Versace" şirkətinin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb. Azərbaycanın İtaliyadakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu barədə diplomatik missiyanın məktubuna cavab olaraq şirkətin rəsmi məktubunda deyilir.

Diplomatik missiyadan deyiblər ki, Azərbaycanın İtaliyadakı səfirliyi Ermənistan KİV-də şirkətin bu ölkənin işğal etdiyi Dağlıq Qarabağda istehsalatını açmaqla bağlı planlarına dair məlumat yayıldıqdan sonra "Versace" ilə əlaqə saxlayıb: "Şirkətdən bildiriblər ki, onlar həmin regionda geyim, aksessuar istehsal etmirlər və gələcəkdə orada belə bir istehalatın açılması üzrə planları yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti