Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir S.Ağayeva/
ABŞ-ın Kaliforniya ştatı parlamentinin spikeri Con Peres Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməkdən imtina edib. Bu barədə Trend-ə mənbə bildirib.
Bu onu göstərir ki, xarici dövlətlərin rəsmi nümayəndələri artıq ermənilərin təxribatlarına uymur və işğal olunmuş ərazilərə səfər edərək Azərbaycan XİN-in "arzulonmaz şəxslər" siyahısına salınmaq istəmirlər.