Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparılmır. Sadəcə olaraq ayrı-ayrı görüşlər keçirilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
A.Əzimov deyib ki, müzakirələr aparmaq üçün Azərbaycan qarşı tərəfdən hazırlıq mərhələsini görməlidir: "Biz qarşı tərəfdən hələ bu cür hazırlıq müşahidə etmirik. Görüşlər nəzərdə tutula bilər. Dəfələrlə bildirmişik ki, sadəcə görüş keçirmək mənasızdır. Görüşün mahiyyətini təşkil edəcək məsələlərdə irəliləyiş müşahidə edilsə, Azərbaycan bu cür görüşdən qaçmaz. Amma gördüyünüz kimi, hələlik irəliləyiş yoxdur. Qarşı tərəfin müsbət addım atacağına ümidvarıq."
Araz Əzimov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycan qarşı tərəfdən hazırlıq mərhələsini görməlidir