...

Mübariz Əhmədoğlu: Azərbaycanın ərazi bütövlüyünü tanıyan NATO-ya Ermənistanın münasibəti pisləşmək əvəzinə daha da yaxşılaşıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Oktyabr 2013 11:16 (UTC +04:00)
Artıq 4 ildir ki, NATO sammitlərinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Azərbaycanın ərazi bütövlüyünü tanıyan NATO-ya Ermənistanın münasibəti pisləşmək əvəzinə daha da yaxşılaşıb

Azərbaycan, Bakı, 23 oktyabr / Trend, müxbir E.Mehdiyev /

Artıq 4 ildir ki, NATO sammitlərinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, NATO-nun Çikaqo sammitinin (2012-ci il, may) yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi xüsusi qeyd olundu. Ermənistan Çikaqo sammitinin yekun sənədində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tezisi dəyişməyə çoxlu səy göstərsə də nəticə əldə edə bilmədi. Bu səbəbdən prezident S.Sərkisyan NATO-nun Çikaqo sammitinin işində iştirakdan imtina etdi. NATO-nun Baş katibi A.F.Rasmussen Yerevana sonuncu səfərində (2012-ci il, sentyabr) R.Səfərovun ekstradisiyası ilə də bağlı Ermənistanın istədiyini vermədi. Erməni zabiti Q.Markaryan NATO-nun tədbiri çərçivəsində öldürülmüşdü. Ona görə ermənilər ümid edirdilər ki, A.F.Rasmussen və NATO-nun digər rəsmiləri Azərbaycanı kəskin tənqid edən ardıcıl, uzunmüddətli kampaniya aparacaqlar. A.F.Rasmussen Ermənistandan sonra Azərbaycana səfəri zamanı R.Səfərovla bağlı dediklərini demək olar ki, xeyli yumşaltdı.

Politoloqun fikrincə, indi Ermənistanla NATO arasında olan əlaqələr çox yüksək səviyyədədir. Bu dövr ərzində NATO rəsmiləri Dağlıq Qarabağ tənzimlənməsində mövqelərini ermənilərin arzularına tərəf cüzi də olsa yaxınlaşdırmayıblar. Əksinə, bəzi məsələlərə görə Dağlıq Qarabağ tənzimlənməsində maraqlı olduqlarını nümayiş etdiriblər. Ermənistan prezidenti S.Sərkisyan bir neçə gün bundan öncə NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi C.Appaturayı sevinclə qəbul etdi və Ermənistanın NATO ilə əməkdaşlığı daha yüksəltməyə hazır olduğunu bir daha bəyan etdi.

M.Əhmədoğlu bildirib: "NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsindən,"R.Səfərov işinə" sönük reaksiyasından sonra Ermənistanın NATO-ya əməkdaşlığı daha da yüksəltmək təşəbbüsü diqqətdən kənarda qalmamalıdır".

Politoloqun fikrincə, NATO faktiki olaraq presedent yaradıb: "NATO-nun presedenti və ya ortalığa qoyduğu formul ATƏT-in Minsk qrupu üçün də örnək ola bilər. Hər halda ATƏT-in Minsk qrupu Azərbaycanın ərazi bütövlüyünü tanısa və fəaliyyətini bu prinsip üzrə qursa ehtimal ki, Ermənistan ona da əməkdaşlığı daha da gücləndirməyi təklif edəcəkdir. Ən azı ATƏT MQ bunu yoxlaya bilər".

Politoloqun sözlərinə görə, Avropanın aparıcı qurumları və dövlətləri də bu yolu sınaqdan keçirə bilərlər: "Avropa qurumları və dövlətləri Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu aydın və dəqiq düsturla bildirsələr Ermənistan onlara əməkdaşlığı gücləndirməyi təklif edəcək. Bu əməkdaşlıq daha sağlam ola bilər".

M.Əhmədoğlu qeyd edib ki, KTMT rəsmi bəyanatla Dağlıq Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanımaqla Ermənistanla daha məhsuldar əməkdaşlığa nail ola bilər:

"Azərbaycan KTMT-ın bu addımının əhəmiyyətini nə vaxtsa nəzərə ala bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti