Əli Həsənov: Dağlıq Qarabağı təkcə güc yolu ilə deyil, eyni zamanda, ağılla geri qaytarmalıyıq (ƏLAVƏ OLUNUB) (FOTO)

Əli Həsənov: Dağlıq Qarabağı təkcə güc yolu ilə deyil, eyni zamanda, ağılla geri qaytarmalıyıq (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Ermənilərin Cənubi Qafqazda yeritdiyi güc siyasətinə ağılla, səriştə ilə yanaşmalıyıq və daha ağıllı və səriştəli olmağımızı göstərməliyik. Eyni zamanda, biz güclü olmalıyıq". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Bakıda "Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika" (1987-2011) adlı kitabın təqdimat mərasimində çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, bütün Azərbaycan xalqının qəlbində bir Qarabağ nisgili yaşamaqdadır: "Biz hər birimiz Azərbaycan Prezidentinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində yürütdüyü böyük siyasətə dəstək verməliyik, hər birimiz bir missioner olmalıyıq. Biz Dağlıq Qarabağı təkcəgüc yolu ilə deyil, eyni zamanda, ağılla geri qaytarmalıyıq. Hər bir azərbaycanlı öz sahəsində buna dəstək versə, biz bu qələbəni yaxınlaşdırarıq və Ermənistanı fakt qarşısında qoyarıq".

Ə.Həsənov vurğulayıb ki, Qarabağ nisgili, Qarabağ problemi hər birimizin fəaliyyətindən qırmızı xətlə keçir və keçməlidir:

"İstər musiqiçi, istər alim, istər jurnalist olsun, istərsə də hərbçi, siyasətçi, millət vəkili olsun, hər birimizin fəaliyyətində ayrıca bir istiqaməti, ayrıca bir hədəfi işğal olunmuş torpaqlarımızın azad olunması missiyası təşkil etməlidir".

PA rəsmisi bildirib ki, bu kitab Dağlıq Qarabağ probleminin ciddi bir salnaməsini, bütöv bir tarixin salnaməsini yaradıb.

O, qeyd edib ki, ermənilərin Cənubi Qafqazda yeritdiyi təcavüz siyasətinə ağılla, səriştə ilə, intellektlə yanaşmalı və yeri gələndə onlardan daha üstün ağıla, səriştəyə, biliyə, intellektə malik olduğumuzu nümayiş etdirməliyik:

"Amma güclü də olmaq lazımdır. İqtisadi cəhətdən güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir. Müasir dünyada güclünün haqlı olduğu bir siyasət nümayiş etdirilir. Əslində necə olmalıdır? Haqlının güclü olduğu bir siyasət yürüdülməlidir, haqlı hər yerdə güclü olmalıdır. Amma təəssüflər olsun ki, biz dünya siyasətinin müxtəlif standartlar üzrə tətbiq olunduğu bir dünyada yaşayırıq və burada güclünün haqqı, güclünün hüququ daha çox təbliğ olunur, dəstəklənir, nəinki haqlının gücü. Bu anlamda biz cənab Prezidentin dəfələrlə ayrı-ayrı tədbirlərdə Azərbaycan vətəndaşları, Azərbaycan ziyalıları, Azərbaycan ictimaiyyəti qarşısında qoyduğu missiyanı yaddan çıxarmamalıyıq - hücum diplomatiyası. Hücum diplomatiyası üçün də bizim əlimizdə mütləq silah olmalıdır. Təpədən dırnağa qədər silahlanmış dünya erməni lobbisinin qarşısına, yəni təxribat və anti-Azərbaycan təbilğatının müxtəlif metodoloji və texnoloji, bugünkü yenilikləri ilə silahlanmış erməni lobbisinin qarşısına yalın əllə çıxa bilmərik".

Ə.Həsənov bildirib ki, ermənilərin son zamanlar müdafiəsi getdikcə çətinləşir, özlərini müdafiə etməkdə həddən artıq zorlanırlar: "Çünki onların qarşısına qoyulan faktlar, onların qarşısına qoyulan işğalla bağlı təkzibolunmaz dəlillərimiz, əlbəttə, onları tez-tez beynəlxalq təşkilatlar çərçivəsində sıxılmağa məcbur edir".

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qeyd edib ki, bu kitab istər tarixi faktların bir araya gətirilməsi, istərsə də tarixi xronologiyanın təhlili baxımından mühüm əhəmiyyət kəsb edir.

M.Qurbanlı qeyd edib ki, biz bu cür kitablarla, bu kitabları xarici dillərə tərcümə etdirməklə ermənilərin əsl üzünü dünyaya çatdırmalıyıq: "Düşmənlə mübarizə yalnız bir cəbhədə deyil, bütün cəbhələrdə gedir. Ermənistanın Azərbaycana təcavüzünün dəf edilməsində yalnız hərbi sahədə deyil, o cümlədən iqtisadi, elmi, mədəni və digər bütün sahələrdə güclənməliyik".

O deyib ki, bu kitabda tarixi faktlara diqqət yeririlib, beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın təcavüzü ilə bağlı indiyə qədər qəbul olunan qərarlar və qətnamələr toplanıb, həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gördüyü işlər öz əksini tapıb:

"Bu, çox əhəmiyyətli bir məsələdir. Bu kitab bütövlükdə oxucu üçün böyük əhəmiyyətə malikdir və tədqiqatçılar üçün bir mənbədir. Biz bu kitabı beynəlxalq aləmə çıxarmaqla erməni təcavüzünü ifşa edə bilərik. Bu gün biz bütün sahələrdə erməniləri məğlub edirik. Bu gün Ermənistanın havadarları Ermənistana yeni bir nəfəs vermək üçün bütün vasitələrə əl atır. Ermənistan və onun himayədarları gec-tez geri çəkilməli olacaqlar. Biz öz torpaqlarımızı geri qaytaracağıq və Şuşada öz bayrağımızı dalğalandıracağıq".

Daha sonra çıxış edən Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov qeyd edib ki, bu kitabı nəşr etməklə Azərbaycan üçün, gələcək nəsillər üçün mühüm tarixi bir salnamə ortaya qoyulub: "Bu kitab Azərbaycanın ən ağrılı yarası olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələləri özündə əks etdirir. Dövlət münaqişədən əziyyət çəkən insanlara böyük diqqət və qayğı göstərir, onlar üçün yeni qəsəbələr salır, yaşayış şəraitini yaxşılaşdırır, ancaq bütün bunlar Qarabağ ağrısını sağaltmır".

F.Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın qüdrətli ölkələrindən birinə çevrilib və Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək və doğma torpaqlarından didərgin düşmüş bütün insanlar geri qayıdacaqlar.

Millət vəkili Elman Məmmədov da çıxış edərək kitabı yüksək dəyərləndirib. O, qeyd edib ki, kitab Azərbaycan xalqının tarixidir: "Hər bir azərbaycanlı bu kitabı diqqətlə oxumalı və bu mühüm tarixi daha yaxşı bilməlidir".

E.Məmmədov bildirib ki, Azərbaycan bundan sonra daha da güclənməli və mənfur Ermənistan və onun havadarları Azərbaycan ilə razılaşmalıdır.

Qeyd edək ki, kitab "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının qərarı ilə nəşr edilib.

Kitabın müəllifi Qarabağ Araşdırmaları Fondunun rəhbəri Elçin Əhmədov, elmi redaktoru isə PA-nın şöbə müdiri Ə.Həsənovdur.

Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Loading Bars
Xəbər lenti
Futbol üzrə İspaniya çempionatında "Atletiko" "Valensiya"nı məğlub etdi
Qanada avtobus qəzasında ən az 6 nəfər ölüb
Ərdoğan Nigeriya sahillərində qaçırılan gəminin kapitanı ilə telefonla danışıb
İngiltərə Kuboku: "Mançester Yunayted "Liverpul"u məğlub etdi
Bu sahələrin fəaliyyəti bərpa olundu
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub
Bu gündən bərbərxanalar və gözəllik salonları açılır
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Bakıda fərdi evdə yanğın olub
ÜST: Dünyada koronavirus qurbanlarının sayı 2,11 milyonu ötüb
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
İran xarici işlәr naziri Bakıya gəlib
ABŞ-da koronavirus qurbanlarının sayı 417 mini keçib
Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb
Niderland polisi dünyada ən çox axtarılan narkobarnlardan birini həbs edib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib - ŞƏRH
Antarktida sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb
Füzuli rayonunun Aşağı Aybasanlı kəndi (FOTO/VİDEO)
"MOZART" konteyner gəmisi Qabon sahillərinə çatıb
"Quşçu" palçıq vulkanındakı püskürmə zamanı xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini əhatə edir - Dövlət Qoruğunun direktoru (VİDEO)
Qubada karantin postunda saxlanılan şəxsin nəqliyyat vasitəsindən nərə balıqları aşkarlandı
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb
Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır - XİN
İranda koronavirusdan daha 89 nəfər ölüb
Azərbaycanda son sutkada 568 nəfər COVID-19-dan sağalıb, 287 nəfər yoluxub, 10 nəfər vəfat edib
Portuqaliyada prezident seçkilərində sesvərmə başlayıb
Kəlbəcər rayonunun Comərd kəndi (FOTO/VİDEO)
Mövlud Çavuşoğlu: “MV Mozart” gəmisi limana daxil olan kimi azərbaycanlı mühəndisin cənazəsi Vətəninə göndəriləcək
Qazi və ailəsi sosial dəstəklə təmin olunur
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü ilə bağlı paylaşım edib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
İstixana sahiblərinə güzəşt olunacaq - "Azəriqaz"
Qobustan Qoruğu ziyarətçilər üçün açılır
Ötən il Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Füzuli rayonunun Aşağı Veysəlli kəndi (FOTO/VİDEO)
Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Porye "UFC 257" turnirinin əsas döyüşündə Makqreroru məğlub edib
Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur
Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar
Peyvəndləmənin effektivliyi neftin 60 dollara qədər bahalaşmasına imkan verəcək - Proqnoz
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır
Fransada ötən sutka koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb
Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır
Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib
İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb
Portuqaliyada prezident seçkiləri keçiriləcək
Britaniyada bir sutkada koronavirusdan 1 348 nəfər ölüb
Çili sahillərində 7 bal gücündə zəlzələ olub
Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb
Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər
Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub
Dəniz quldurları Türkiyəyə məxsus gəmini ələ keçiriblər, bir azərbaycanlı öldürülüb
Lənkəranda 14 yaşlı oğlan itkin düşüb, FHN axtarışlara başlayıb
Prezident İlham Əliyevin iqtisadi strategiyasının növbəti uğuru: "Dostluq" anlaşması - Həftənin Hadisəsi
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb
Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)
Nigeriyada qaz daşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb
İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif
Amerikalı telejurnalist Larri Kinq vəfat edib
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
ABŞ sakini lotereyada 1 milyard dollar udub
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
İranda 6 mindən çox şəxs koronavirusa yoluxub
Bakı aeroportunda qızıl qaçaqmalçısı tutuldu (FOTO) (VİDEO)
Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlandı
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (FOTO)
Azərbaycanda yeni qanun layihəsi hazırlanır
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi (FOTO)
Paytaxtda təmizliklə bağlı iməclik keçirilib (FOTO)
Erməni vandalizminin son həddi: Talan olan Zəngilan - Trend TV-nin REPORTAJI
Bütün xəbərlər