...

Cəbhə xəttində gərgin vəziyyət davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2013 09:25 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində gərgin vəziyyət davam edir

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Cəbhə xəttində gərgin vəziyyət davam edir.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Füzuli, Tovuz və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti