...

Elmira Süleymanova: Bir çox ölkələr Xocalı faciəsini soyqırım kimi tanıyır və Ermənistanı qınayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Dekabr 2013 12:00 (UTC +04:00)
Ombudsman bildirib ki, Xocalıda hüquqları pozulan insanların hüquqlarının bərpası istiqamətində mühüm addımlar atılır.
Elmira Süleymanova: Bir çox ölkələr Xocalı faciəsini soyqırım kimi tanıyır və Ermənistanı qınayır

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İ.İzzət/

Soyqırımın ən qəddarı Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti zamanı ermənilər tərəfindən Azərbaycanda, Xocalıda törədilib. Trend-in məlumatına görə, bunu dekabrın 10-da İnsan Hüquqları Günü ilə bağlı keçirilən tədbirdə ombudsman Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, bir çox ölkələrin parlamentində Xocalı soyqırımı faktının tanınması ilə bağlı sənədlər qəbul olunub və hazırda da bu proses aktiv şəkildə davam edir.

Ombudsman bildirib ki, Xocalıda hüquqları pozulan insanların hüquqlarının bərpası istiqamətində mühüm addımlar atılır.

Onun sözlərinə görə, ölkə rəhbərliyi Xocalı soyqırımına məruz qalan vətəndaşların hüquqlarının qorunması ilə bağlı mühüm işlər görür: "Bunun nəticəsidir ki, bir çox ölkələr Xocalını faciəsini soyqırımı kimi tanıyır və Ermənistanı qınayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti