...

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri gələn həftə görüşəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2014 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbir S.Əhmədova/

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan gələn həftə Fransanın paytaxtı Parisdə görüşəcəklər. Bu barədə Trend-ə diplomatik mənbədən bildirilib.

Görüşdə xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdirəcəklər.

Nazirlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti