...

Minsk qrupunun həmsədrləri: Son günlər cəbhə xəttindəki vəziyyət sülh perspektivlərini azaldır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2014 23:06 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində davam edən gərginliklə əlaqədar narahatlıqlarını bildiriblər.
Minsk qrupunun həmsədrləri: Son günlər cəbhə xəttindəki vəziyyət sülh perspektivlərini azaldır

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində davam edən gərginliklə əlaqədar narahatlıqlarını bildiriblər.

Trend-in məlumatına görə, bu barədə təşkilatın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında görüşün yekunu üzrə bəyanatında deyilir.

Həmsədrlər vurğulayıblar ki, son vaxtlar baş vermiş hadisələr danışıqları pozur və sülhün əldə olunması perspektivlərini azaldır.

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü zamanı sülh prosesinin irəliləyişi üzrə əhəmiyyətli məsələlər də müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri atəşkəs rejimi haqqında sazişin şərtlərinə qeyd-şərtsiz riayət etməyə çağırıblar.

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqların davam etdirilməsi üçün yaxın həftələrdə regiona səfər edəcəklərini açıqlayıblar.

Qeyd edək ki, son günlər cəbhə xəttində gərgin vəziyyət müşahidə edilir. Erməni hərbçilər son 4 gündə atəşkəs rejimini təxminən 380 dəfə pozublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti