...

Müdafiə Nazirliyi: Naxçıvanda hərbi əməliyyatlar haqqında yayılan məlumatlar təxribat xarakteri daşıyır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2014 17:14 (UTC +04:00)
Müdafiə Nazirliyi Naxçıvandakı vəziyyətlə bağlı rəsmi məlumat yayıb.
Müdafiə Nazirliyi: Naxçıvanda hərbi əməliyyatlar haqqında yayılan məlumatlar təxribat xarakteri daşıyır

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyi Naxçıvandakı vəziyyətlə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyi rəsmi olaraq bir daha bildirir ki, Naxçıvan Muxtar Respublikası ərazisində guya gedən hərbi əməliyyatlar haqqında yayılan məlumatlar yalandır və təxribat xarakteri daşıyır.

Qeyd edək ki, bəzi yerli və xarici KİV-lərdə guya Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistanla həmsərhəd ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldığı və orada hərbi əməliyyatların şiddətləndiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti