...

Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair orduya xüsusi tapşırıq verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2014 20:40 (UTC +04:00)
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov orduya Ermənistan tərəfinin hər atəşinə onqat cavab verilməsi barədə gizli tapşırıq verib.
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair orduya xüsusi tapşırıq verdi

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov orduya Ermənistan tərəfinin hər atəşinə onqat cavab verilməsi barədə tapşırıq verib.

Trend xəbər verir ki, son zamanalar Azərbaycan-Ermənistan cəbhəsində qoşunların təmas xəttində sakitlik daim pozulur. Ermənistan silahlı qüvvələri həm Ermənistan ərazisindən, həm də işğal etdikləri Azərbaycan ərazilərində mövqelərimizi, eləcə də mülki vətəndaşları atəşə tuturlar.

Verilən hər itkiyə Azərbaycan tərəfi düşmənə adekvat tədbirlərin görülməsi ilə cavab verir. Cəbhə xəttinin bir hissəsinin yaşayış məntəqələrimizin yaxınlığında olmasından istifadə edərək son zamanlar düşmən mülki əhalimizi atəşə tutur. Ona görə də belə vəziyyətlərdə bəzən uşaqları, qadınları və qocaları qorumaq mümkün olmur.

Trend-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənov bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verib.

Nazir hansı düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərimizə atəş açılarsa, həmin atəş nöqtəsinin dərhal susdurulması və o istiqamətdə hərəkət edən nə varsa, darmadağın edilməsi göstərişini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti