...

Aydın Mirzəzadə: Uğursuzluğa düçar olan Yerevan hakimiyyəti cəmiyyətinin diqqətini cəbhə xəttinə yönəltməyə çalışır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2014 17:50
Öz ölkələrində hər hansı bir sosial-iqtisadi uğur qazana bilməyən Yerevan hakimiyyəti cəmiyyətinin diqqətini cəbhə xəttinə və Dağlıq Qarabağ məsələsinə yönəltməyə çalışır.
Aydın Mirzəzadə: Uğursuzluğa düçar olan Yerevan hakimiyyəti cəmiyyətinin diqqətini cəbhə xəttinə yönəltməyə çalışır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Öz ölkələrində hər hansı bir sosial-iqtisadi uğur qazana bilməyən Yerevan hakimiyyəti cəmiyyətinin diqqətini cəbhə xəttinə və Dağlıq Qarabağ məsələsinə yönəltməyə çalışır. Bu barədə Trend-ə millət vəkili Aydın Mirzəzadə son günlər cəbhə xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqının nümayəndələrini qəbul edərkən sülh tərəfdarı olduğunu bildirmişdi: "Həmçinin, o, Azərbaycanı məsələnin hərbi yolla həllinə çalışmaqda və cəbhə xəttində vəziyyəti gərginləşməkdə ittiham etmişdi. Onun bəyanatından cəmi bir gün keçmiş Ermənistan silahlı qüvvələrinin diversiya qrupları bütün cəbhə xətti boyunca Azərbaycan mövqelərinə hücüm etdilər və bir sıra sahələrdə xırda döyüşlər getdi. 9 nəfər əsgər və gizirimiz həlak oldu, bir neçəsi isə yaralandı".

A.Mirzəzadə vurğulayıb ki, göründüyü kimi, Ermənistan tərəfinin bəyanatları və faktiki əməli onun bölgədə vəziyyəti gərginləşdirmək istəyindən xəbər verir: "Öz ölkələrində hər hansı bir sosial-iqtisadi uğur qazana bilməyən Yerevan hakimiyyəti cəmiyyətinin diqqətini cəbhə xəttinə və Dağlıq Qarabağ məsələsinə yönəltməyə çalışır. Ancaq bunu etmək artıq hər dəfə çox çətin olur. Bir tərəfdən real çətinlik, digər tərəfdən isə əsgər ölümləri Ermənistan cəmiyyətini öz hakimiyyətini ciddi sorğular etməyə məcbur edir. Həmçinin, Ermənistan ordusu çox ciddi itkilər verir, əvvəlki iddiaları etmək çətinləşir".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti