...

Rusiya XİN: Azərbaycan və Ermənistan Qarabağ üzrə dialoqu davam etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2014 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Soçi görüşündən sonra Dağlıq Qarabağ məsələsi üzrə dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Trend-in "RİA Novosti" yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

S.Lavrov qeyd edib ki, görüş faydalı olub, prezidentlər həmsədr ölkələr tərəfindən yüksək səviyyədə ifadə edilən prinsiplərə yenidən öz sədaqətlərini təsdiq ediblər və bu prinsiplər ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət etməklə istisnasız olaraq sülh yanaşması əsasında həll yollarının axtarılması zərurətindən ibarətdir".

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib: "Prezidentlər Ermənistanın və Azərbaycanın rəhbərliyi səviyyəsində dialoqu davam etdirməyə hazir olduqlarını ifadə etdilər və Rusiya Federasiyası həmsədrlər ölkələrdən biri kimi buna hər cür imkan yaradacaq".

Lavrovun sözlərinə görə, prezidentlərin danışıqlarının gedişində ATƏT-in və əlaqə qrupunun qərarlarının icrasınını vacibliyi müzakirə edildi.

Lavrov bildirib: "Prezidentlər tərəfindən xarici işlər nazirlərinə bu işi nizamlanmanın praktiki aspektlərinin razılaşadırılması işi ilə paralel olaraq davam etdirmək tapşırığı verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti