Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir Səbinə Әhmədova/
ATӘT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Minsk qrupunun digər həmsədrləri Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) ilə birlikdə oktyabrın 14-18-də regionda səfərdə olacaq. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
Səfər zamanı həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə hazırlıq məsələsini müzakirə edəcəklər.
ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik".