...

Avropa İttifaqı Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinin qarşısını almağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2014 02:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Avropa İttifaqı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanatla çıxış edib. Bu barədə Trend məlumat verir.

"Lazımdır ki, bütün tərəflər təmkinlik nümayiş etsinlər və istənilən hərəkət və ya vəziyyətin gərginləşməsinə gətirib çıxara biləcək bəyanatlardan çəkinsinlər", - Aİ-nin bəyanatında deyilir.

Xatırladaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Avropa İttifaqında insidentin araşdırılmasına çağırıblar.

Avropa İttifaqının bəyanatında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstəyi qeyd olunur.

Münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən Cənubi Qafqaz ölkələri arasında yaranıb. Azərbaycan ərazisinin 20 faizi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəsə nail olublar və indiyə qədər ATƏT-in Minsk qrupunun himayəsi altında və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azad edilməsi üzrə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti