...

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2014 18:49 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur.
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur"

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın ATƏT-dəki missiyasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərinə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə dəstəyini təsdiq edir: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin bu il Soçi, Nyu Port və Parisdəki görüşlərini alqışlayırıq, həmin görüşlər təmas xəttində gərginliyi azaltdı və stabilləşdirici effekt verdi. Biz gözləyirik ki, prezidentlər rəsmi danışıqlara keçmək və etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsi məqsədi ilə gələn il dialoqu davam etdirəcəklər. Danışıqlar yolu ilə nizamlanmaya alternativ yoxdur".

ABŞ ötən gün Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində helikopterin məhv edilməsi ilə bağlı təəssüfünü bildirib: "Biz bütün tərəfləri atəşkəs rejiminə riayət etməyə və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək istənilən hərəkətdən çəkinməyə çağırırıq. ABŞ Minsk qrupunun həmsədri qismində sülh yolu ilə nizamlanma üçün Dağlıq Qarabağ münaqişəsi tərəfləri ilə əməkdaşlığa yenə də sadiqdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti