...

Türkiyə səfirindən Ermənistan helikopterinin vurulmasına reaksiya

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Noyabr 2014 11:14 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hadisələrin necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün hələ də həll edilməməsi məsələsi də araşdırılmalıdır.
Türkiyə səfirindən Ermənistan helikopterinin vurulmasına reaksiya

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hadisələrin necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün hələ də həll edilməməsi məsələsi də araşdırılmalıdır. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus hərbi helikopterin vurulması ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, son insident bir daha sübüt edir ki, münaqişə mümkün qədər tez həll olunmalıdır: "Hadisələrin necə cərəyan etdiyinə və sair baxıla bilər. Amma əsas məsələ odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır? Hadisələrin necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün niyə hələ də davam etməsi məsələsi araşdırılmalıdır. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır".

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti