...

Müdafiə Nazirliyi: Ermənistan qeyri-döyüş itkilərinə haqq qazandırmağa çalışır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2015 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi Ermənistan KİV-lərində yer almış məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistanın kütləvi informasiya vasitələri növbəti dəfə öz qeyri-döyüş itkilərinə haqq qazandırmaq, cəbhədə vəziyyəti gərginləşdirmək və günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq məqsədilə, eyni vaxtda Azərbaycan Silahlı Qüvvələrinin itki verərək geri çəkilməsi barədə dezinformasiya xarakterli məlumatlar yayır.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

Qeyd edək ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, ötən gün Azərbaycan Silahlı Qüvvələrinin guya 8 təxribat-kəşfiyyat hücumunun qarşısı alınıb. Ermənilərin yazdığına görə, guya Azərbaycan tərəfi itkilər verərək geri çəklib. Atəşkəs rejiminin pozulması nəticəsində isə 1995-ci il təvəllüdlü erməni hərbçi Suren Xaçikoviç Piliposyan aldığı güllə yarasından ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti