...

ABŞ konqresmeni Xocalı faciəsi ilə bağlı bəyanat verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2015 14:42 (UTC +04:00)
Konqresmen öz bəyanatında Konqres üzvlərini Xocalıda törədilən dəhşətli qətliamı tanımağa çağırıb.
ABŞ konqresmeni Xocalı faciəsi ilə bağlı bəyanat verib

Azərbaycan, Bakı, 28 fevral /Trend/

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə ABŞ Konqresində bəyanatla çıxış edib.

Azərbaycanın Birləşmiş Ştatlarındakı səfirliyindən Trend-ə verilən məlumata görə, o, 1992-ci il 26 fevral tarixində 613 nəfərin Azərbaycan torpağı olan Xocalıda qətlə yetirildiyini bildirib. Konqresmen öz bəyanatında Konqres üzvlərini Xocalıda törədilən dəhşətli qətliamı tanımağa çağırıb.

Eyni zamanda, D.Peyn öz bəyanatında Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti