Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/
Martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.
Döyüşdə bir hərbi qulluqçumuz çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb