...

Aİ Dağlıq Qarabağ münaqişəsi tərəflərinə çağırış etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2015 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi artıran və sülh prosesinə ziyan vuran hərəkətlərdən və bəyanatlardan çəkinməyə çağırır. Trend-in məlumatına görə, bu barədə Avropa Qonşuluq Siyasətinın Azərbaycanda tətbiqi ilə bağlı hesabatda deyilir.

Münaqişə tərəfləri arasında atəşkəs razılaşmasının əldə olunmasından 20 il ötdüyü qeyd olunan hesabatda bildirilir ki, 1994-cü ildən bəri ən çox itkilərin olduğu hadisələr təhlükəsizliklə bağlı ciddi narahatlıqlar doğurur.

Hesabatda həmçinin qeyd olunur ki, Aİ ATƏT-in Minsk qrupunun münaqişənin tənzimlənməsi üzrə fəaliyyətinə tam dəstəyini davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti