...

Səməd Seyidov: Dağlıq Qarabağ münaqişəsinə vaxtında reaksiya verilsəydi, indiki münaqişələr olmazdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2015 17:01 (UTC +04:00)
Əgər vaxtında Dağlıq Qarabağ münaqişəsinə müvafiq reaksiya verilsəydi, bu gün AŞ PA-nın yaz sessiyasında müzakirə olunan münaqişələr baş verməyə bilərdi.
Səməd Seyidov: Dağlıq Qarabağ münaqişəsinə vaxtında reaksiya verilsəydi, indiki münaqişələr olmazdı

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Əgər vaxtında Dağlıq Qarabağ münaqişəsinə müvafiq reaksiya verilsəydi, bu gün AŞ PA-nın yaz sessiyasında müzakirə olunan münaqişələr baş verməyə bilərdi.

Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Strasburqda keçirilən sessiyada deyib.

O, qeyd edib ki, Avropa Şurası bütün problemlərə ləngimədən reaksiya verməlidir: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində hətta bu gün də insanlar ölür".

S.Seyidov vurğulayıb ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmalıdır: "Çünki bu, sülhə aparan yeganə yoldur. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞ PA-ya təqdim olunacaq məruzə münaqişənin bütün reallıqlarını, işğal problemini və milyon məcburi köçkünün olması faktını əks etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti