...

Cəbhədə mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2015 09:59 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri çaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 77 dəfə pozub.
Cəbhədə mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 77 dəfə pozub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə məruz qalıb.

Həmçinin Ermənistanın Barekamavan, Şavarşavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Fərəhli və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şuraabad, Kəngərli, Sarıcalı, Yusifcanlı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti