Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
ABŞ Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmir. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir son vaxtlar erməni tərəfinin atəşkəsin iriçaplı pulemyotlardan pozulmasına da münasibət bildirib. "Mən düşünürəm ki, bütün tərəflər bu münaqişənin həllini tapmalıdırlar".