...

ABŞ Dağlıq Qarabağ üzrə danışıqlarda irəliləyiş görmək istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2015 17:58 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində tezliklə irəliləyiş görmək istəyir.
ABŞ Dağlıq Qarabağ üzrə danışıqlarda irəliləyiş görmək istəyir

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində tezliklə irəliləyiş görmək istəyir.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink deyib.

O, qeyd edib: "Biz ATƏT-in Minsk qrupunun bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzrə səylərini dəstəkləyirik".

B.Brink Minsk qrupunun fəaliyyətini olduqca aktiv qiymətləndirib və amerikalı həmsədr Ceyms Uorlikin işini xüsusi vurğulayıb: "Minsk qrupu formatındakı səfirimiz Ceyms Uorlik münaqişənin həllinə səy və maraq göstərir. Lakin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolu yalnız iki ölkənin prezidentləri tərəfindən tapıla bilər. Münaqişənin sülh yolu ilə tənzimlənməsi Ermənistanın, Azərbaycanın, eləcə də bütün regionun marağındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti