...

Azərbaycan ordusunun kiçik çavuşu şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2016 10:34 (UTC +04:00)
Azərbaycan ordusunun hərbçisi şəhid olub.
Azərbaycan ordusunun kiçik çavuşu şəhid olub

Bakı. Trend:

Azərbaycan ordusunun hərbçisi şəhid olub. Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti