...

Dövlət Komissiyası: Təmas xəttində meyiti aşkar edilən şəxsin kimliyi barədə məsələ diqqət mərkəzindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2016 12:52 (UTC +04:00)

Bakı. Trend:

Qoşunların təmas xəttində meyiti aşkar edilən əsgərimiz olduğu ehtimal edilən şəxsin kimliyi barədə məsələ Dövlət Komissiyasının diqqət mərkəzindədir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupundan bildirilib.

Komissiyadan qeyd edilib ki, araşdırmaların nəticəsi barədə Kütləvi İnformasiya Vasitələrinə (KİV) məlumat veriləcək.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan tərəfi işğal olunmuş ərazidə bir azərbaycanlı hərbçinin meyitinin aşkar edilməsi barədə məlumat yaymışdı. Azərbaycan tərəfi BQXK-nın vasitəçiliyi ilə hərbçimizin meyitinin alınmasına çalışsa da, Ermənistan tərəfi son anda meyiti Azərbaycan tərəfə verməkdən imtina etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti