...

Rusiyalı ekspert Azərbaycan Ordusunun Ermənistan üzərindəki üstünlüyündən bəhs edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2016 11:58 (UTC +04:00)
Pilotsuz aviasiya sistemləri sahəsində rusiyalı ekspert Denis Fedutinov "Nezavisimoe voyennoe obozrenie" nəşrində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri üzərində üstünlüyü barədə məqalə yazıb.
Rusiyalı ekspert Azərbaycan Ordusunun Ermənistan üzərindəki üstünlüyündən bəhs edib

Bakı. Elmira Tariverdiyeva - Trend:

Pilotsuz aviasiya sistemləri sahəsində rusiyalı ekspert Denis Fedutinov "Nezavisimoe voyennoe obozrenie" nəşrində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri üzərində üstünlüyü barədə məqalə yazıb.

Trend-in məlumatına görə, məqalədə bildirilir ki, aprelin əvvəlində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi dövründə müxtəlif tipli pilotsuz uçuş aparatlarından kifayət qədər fəal istifadə olundu, onlardan bəziləri isə dünya təcrübəsində döyüş şəraitində ilk dəfə tətbiq olundu.

Ekspertin sözlərinə görə, xeyli böyük imkanları olan Azərbaycan ilkin olaraq xaricdən pilotsuz uçuş aparatlarının alınması yolu ilə getdi: "Əsas diqqət dünyada pilotsuz uçuş aparatlarının qabaqcıl istehsalçısı olan İsrailə verildi. Sonra ikinci addım kimi ölkədə belə uçuş aparatlarının yığılması təşkil edildi".

O, əlavə edib ki, Ermənistan isə məhdud sayda pilotsuz uçuş aparatları əldə edib: "Bu sahədə əsas tədarükçü qismində Rusiya seçilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti