...

İcra başçısı: Ermənilərin ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdamın kəndinə mərmi düşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2016 09:48 (UTC +04:00)
Ötən gecə erməni silahlı birləşmələri Ağdam rayonunun da təmas xəttində yerləşən ərazilərini atəşə tutub.
İcra başçısı: Ermənilərin ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdamın kəndinə mərmi düşüb

Bakı. Samir Əli - Trend:

Ötən gecə erməni silahlı birləşmələri Ağdam rayonunun da təmas xəttində yerləşən ərazilərini atəşə tutub.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriyalardan atəşə tutması nəticəsində rayonun Təzəkənd kəndinə mərmi düşüb. Mərmi boş sahəyə düşdüyündən ciddi dağıntı və tələfat olmayıb.

R.Məmmədov deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin tutarlı cavabı nəticəsində düşmən susmaq məcburiyyətində qalıb. Hazırda rayon ərazisində sabitlikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti