...

ABŞ-ın dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin deeskalasiyası üçün yollar axtarır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2016 00:30
ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycanın və Ermənistanın rəhbərlikləri ilə Dağlıq Qarabağda zorakılığın azaldılması üzrə yolların öyrənilməsində maraqlıdır.
ABŞ-ın dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin deeskalasiyası üçün yollar axtarır

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycanın və Ermənistanın rəhbərlikləri ilə Dağlıq Qarabağda zorakılığın azaldılması üzrə yolların öyrənilməsində maraqlıdır.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət dövlət departamentinin nümayəndəsi Con Kirbi bazar ertəsi keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Con Kerri Dağlıq Qarabağda gərginliyi azaltmaq daha yaxşı yollarını müzakirə etmək istəyir.

"ABŞ üçün tərəflərin dialoq qurması, atəşin dayandırılması haqqında sazişə riayət etməsi və hərtərəfli razılaşma üzərində işlərin aparmasını görmək vacibdir", - dövlət departamentinin nümayəndəsi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti