Bakı. Trend:
Qarabağda vəziyyətlə bağlı Azərbaycan və Ermənistan liderlərinin görüşünün nətiəcələri üzrə təmkinli nikbinlik üçün əsas var.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov bildirib: "Biz ümid etmək istəyirik ki, daha sabit dövrün davam etməsinə imkan vermə baxımından təmkinli nikbinlik üçün əsas var".