...

Fransalı senator: Atəşkəs rejiminin möhkəmləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin müvəqqəti həllidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2016 16:36 (UTC +04:00)
Ermənistanın özünü qurban kimi göstərmək kimi istedadı var.
Fransalı senator: Atəşkəs rejiminin möhkəmləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin müvəqqəti həllidir

Bakı. Aygün Bədəlova - Trend:

Atəşkəs rejiminin möhkəmləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin müvəqqəti həllidir. Bunu Trend-ə fransalı senator Natali Qule deyib.

Onun sözlərinə görə, atəşkəs rejimi müharibədən yaxşıdır, lakin bu, münaqişənin müvəqqəti həllidir: "Bu yalnız o halda yaxşı qərar ola bilər ki, hər iki tərəfin yaxşı niyyəti olsun".

N.Qule qeyd edib ki, Azərbaycan erməni təxribatlarına cavab verməyərək müdrikliyini göstərir: "Ermənistanın özünü qurban kimi göstərmək kimi istedadı var. Amma özünü qurban kimi göstərmək cəhdləri real vəziyyətə uyğun deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti