...

Lukaşenko Dağlıq Qarabağ problemi ilə daha fəal məşğul olmağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2016 15:56 (UTC +04:00)

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko Dnestryanı, Dağlıq Qarabağ problemlərinin və MDB üçün digər aktual məsələlərin həlli ilə daha fəal məşğul olmağa çağırıb.

Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu A.Lukaşenko MDB ölkələrinin Təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 40-cı iclasında nümayəndə heyətlərinin başçıları ilə görüşdə deyib.

Prezident bildirib ki, bu, hazırda MDB-nin "xəstələndiyi" problemləri - Dnestryanıda, Dağlıq Qarabağda, Ukrayndakı vəziyyəti - daha açıq müzakirə etmək üçün imkandır: "Əgər bunları görməsək, həmin xəstəlikləri müalicə etməsək, onları dərinləşdirəcəyik. MDB bu və ya digər məsələlər üzrə dialoqa can atmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti