...

Qondarma rejimin BMT-də "bəyanat" yayması barədə xəbərlər Ermənistan XİN-in növbəti uydurmasıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2016 14:59 (UTC +04:00)
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında “bəyanat” yayması barədə xəbərlər Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) növbəti uydurmasıdır.
Qondarma rejimin BMT-də "bəyanat" yayması barədə xəbərlər Ermənistan XİN-in növbəti uydurmasıdır

Bakı. Trend:

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında "bəyanat" yayması barədə xəbərlər Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) növbəti uydurmasıdır. Bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan XİN-də xülya və mifologiyanın reallıqla qarışıq salınması artıq heç kimi təəccübləndimir: "Əslində Ermənistanın BMT yanında Daimi nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir".

O əlavə edib ki, ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları makulatura məqsədilə istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti