...

Sankt-Peterburqda Dağlıq Qarabağ üzrə sammit ayın sonuna planlaşdırılır (ƏLAVƏ OLUNUB-2)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2016 18:20 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli sammitini iyunun sonuna Sankt-Peterbuqda keçirmək planlaşdırılır.
Sankt-Peterburqda Dağlıq Qarabağ üzrə sammit ayın sonuna planlaşdırılır (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:06-da yayılıb)

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli sammitini iyunun sonuna Sankt-Peterbuqda keçirmək planlaşdırılır.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Daha əvvəl verilmiş məlumata əsasən, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın RF-dəki səfiri Jan-Moris Riper ilə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitə hazırlıq işlərini müzakirə edib.

Söhbət zamanı Ukraynada böhranın nizamlanması üzrə beynəlxalq səylərlə bağlı məsələlər də müzakirə edilib. Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyətə toxunulub.

Fransalı diplomatı ATƏT-in Minsk qrupunun həmsədri, Fransanın "Şərq tərəfdaşlığı" məsələləri üzrə səfiri Pyer Andryö müşayiət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti