...

Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ciddi iş aparmağın vaxtı çatıb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2016 15:18 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi iş aparmağın vaxtı çatıb.
Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ciddi iş aparmağın vaxtı çatıb"

Bakı. - Səba Ağayeva - Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi iş aparmağın vaxtı çatıb. Trend-in məlumatına görə, bunu Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir deyib: "Biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişik. Ştaynmayer Dağlıq Qarabağla bağlı Ermənistanın mövqeyi barədə mənə məlumat verib".

E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin birmənalı şəkildə işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edir: "Status-kvonun saxlanılması yolverilməzdir, dəyişdirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti