...

Frank-Valter Ştaynmayer: "ATƏT Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün bütün alətlərdən istifadə edəcək" (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2016 15:21 (UTC +04:00)
ATƏT Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün bütün tədbirləri görəcək, bütün alətlərdən istifadə edəcək.
Frank-Valter Ştaynmayer: "ATƏT Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün  bütün alətlərdən istifadə edəcək" (YENİLƏNİB)

Bakı. Səba Ağayeva - Trend:

ATƏT Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün bütün tədbirləri görəcək, bütün alətlərdən istifadə edəcək.

Trend-in məlumatına görə, bunu Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işləri naziri Frank-Valter Ştaynmayer azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri və mediatorlar vəziyyətin eskalasiyasının qarşısını ala biləcək müəyyən nəticəyə gəlməlidirlər: "Bunun üçün bizə konkret təkliflər lazımdır".

Nazir bildirib ki, münaqişənin konstruktiv həllinə nail olmaq lazımdır: "Məhz bu məsələ ötən gün Yerevana səfərim zamanı müzakirə olunub. İki prezidentin görüşlərinə şadam. Atəşkəs rejiminin möhkəmləndirilməsi üçün mərhələli danışıqlar lazımdır".

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar davam etdiriləcək: "Hazırda danışıqlar dövrüdür. Qısa müddət ərzində Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşünü təşkil etmək mümkün olub. Təbii ki, iki görüşə nəticəyə nail olmaq mümkün deyil, lakin ümid edirəm ki, onlar davam etdiriləcək. ATƏT-in bir çox ölkələri bu münaqişənin həllinə öz töhfəsini verməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti