Bakı. Trend:
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada Rusiya və Fransa Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr çərçivəsində Fransa XİN-in siyasi və təhlükəsizlik məsələləri üzrə baş direktoru Nkolya Rivyerlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivlərini müzakirə edib.
Bu barədə Trend Rusiya XİN-ə istinadən məlumat verir.
Danışıqlar zamanı Q.Karasin və N.Rivyer iki ölkə arasında bir sıra əməkdaşlıq məsələlərini də müzakirə ediblər.