...

Ekspert: Bugünkü provokasiya Ermənistanın əvvəlcədən hazırladığı plandır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2016 17:24 (UTC +04:00)
"Bugünkü provokasiya rəsmi Yerevanın əvvəlcədən hazırladığı plandır".
Ekspert: Bugünkü provokasiya Ermənistanın əvvəlcədən hazırladığı plandır

Bakı. Trend:

"Bugünkü provokasiya rəsmi Yerevanın əvvəlcədən hazırladığı plandır".

Bunu Trend-ə açıqlamasında hərbi ekspert, müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov deyib.

Ç.Məmmədov qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburqda keçirilən son sessiyasında Ermənistan nümayəndə heyətinin təşkilatın üzvlərinin diqqətinin Dağlıq Qarabağ münaqişəsinə yönəldilməsi və qurumun baş katibi vəzifəsinə erməni təmsilçisinin seçilməsi cəhdlərinin boşa çıxmasından sonra KTMT üzv ölkələrinin diqqətini konfliktə cəlb etmək məqsədilə rəsmi Yerevan bugünkü provokasiyanı törədib:

Müdafiə Nazirliyi: Təxribata cəhd göstərən düşmən xeyli itki verib

Müdafiə Nazirliyi: Təxribata cəhd göstərən düşmən xeyli itki verib

"Dövlət sərhədində baş vermiş insidentdən qısa müddət sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın hadisənin Azərbaycanın təxribatı kimi qiymətləndirməsi təəssüf hissi doğurur. Belə ki, təxribatın və tələsik müsahibənin verilməsi vaxtlarının təqribən üst-üstə düşməsi provokasiyanın Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını qeyd etməyə əsas verir".

Hərbi ekspert əlavə edib ki, Ermənistan tərəfi planlı şəkildə və vaxtaşırı Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə təxribatların törədilməsi barədə dezinformasiya xarakterli məlumatları yaymaqla münaqişənin miqyasını süni şəkildə genişləndirmək və təmsil olunduğu hərbi-siyasi təşkilatın digər üzvlərini də bu münaqişəyə cəlb etmək məqsədini güdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti