...

Latviya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mütləq... (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2017 11:14 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi nüfuzlu beynəlxalq təşkilatlar fəal cəlb olunmadan həll edilə bilməz.
Latviya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mütləq... (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağ münaqişəsi nüfuzlu beynəlxalq təşkilatlar fəal cəlb olunmadan həll edilə bilməz.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycanda səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib.

Nazir qeyd edib ki, Latviya öz dəyişməz mövqeyini təsdiq edir: "Dövlətlərin ərazi bütövlüyü - bu, bir nömrəli prinsipdir. Biz hər zaman bütün "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünü dəstəkləyəcəyik və hesab edirik ki, münaqişələrin yeganə həlli yolu dinc danışıqlardır".

Onun sözlərinə görə, Latviya daim bu məsələni rəsmi Bakı və Yerevanla müzakirə edir:

"ATƏT-in Minsk qrupu tərəfindən işlənmiş prinsiplərə riayət olunmalıdır. Biz Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində atəşkəs rejiminin pozulması hallarından narahatıq. Bu bizi təşvişə salır. Diplomatik planda gücləndirilmiş işə ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti