Bakı. Hüseyn Vəliyev - Trend:
“Aztelekom” MMC dövlət rabitə operatoru Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində rabitənin təmin olunması üçün reallaşdırılmalı olan işlərin ilkin dəyərləndirilməsini həyata keçirib.
Bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Məlumatda qeyd olunur ki, bu sahədə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığı əsasında aparılır: “Cocuq Mərcanlı digər kəndlər üzrə telekommunikasiya xidmətlərinin genişləndirilməsində paylanma nöqtəsi olacaq”.