...

Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2017 13:21 (UTC +04:00)
Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür.
Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür

Bakı. Trend:

Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür.

Bunu Trend-in erməni mətbuatında cəbhə xəttində Ermənistanın “Şant” televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması ilə bağlı sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb:

"Eyni zamanda onu da bildiririk ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti