...

XİN: Ermənistan cəmiyyətində nifrət ölkənin hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi ideologiyanın bir hissəsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2017 11:58 (UTC +04:00)
Beynəlxalq hüququn əsas prinsiplərindən biri ksenofobiya və nifrət elementlərindən imtina etməkdir.
XİN: Ermənistan cəmiyyətində nifrət ölkənin hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi ideologiyanın bir hissəsidir

Bakı. Səba Ağayeva - Trend:

Beynəlxalq hüququn əsas prinsiplərindən biri ksenofobiya və nifrət elementlərindən imtina etməkdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, 4 iyul hadisələrindən sonra Ermənistan cəmiyyətində və hökumət dairələrində təəssüf və üzrxahlıq əvəzinə Azərbaycana qarşı nifrət dolu açıqlamalar səsləndirib.

“Bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi nifrət ideologiyasının tərkib hissəsidir”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti